Kaliforniyada yenidən güclü zəlzələ olub

  06 İyul 2019    Oxunub : 894
 Kaliforniyada yenidən güclü zəlzələ olub
ABŞ-ın Kaliforniya ştatında 7.1 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin episentri Los-Ancelesden 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Kaliforniya ştatında iyulun 4-də 6.4 bal gücündə zəlzələ qeydə alınıb.



Kənan Məmmədov
Azvision.az

Teqlər: ABŞ   Zəlzələ   Kaliforniya