Nazirlik işəgötürənlərə müraciət edib
Həmin kurslar üçtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında təşkil edilir. Dördtərəfli müqavilə əsasında həyata keçirilən peşə hazırlığı kursları işəgötürənlərə təhsil prosesində iştirak etmək və daha səriştəli, istehsalat təcrübəsi olan işçi seçmək imkanı verir. Bu zaman işəgötürənlər peşəkar işçi qüvvəsi, işaxtaran isə daimi iş yeri əldə edir.
İşəgötürənlər peşə hazırlığının təşkilində əməkdaşlıq etmək üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər. (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: [email protected]).
Azvision.az
Teqlər: ƏƏSMN