Poroşenko hesabından 34 milyon dollar pul çəkib

  06 İyul 2019    Oxunub : 675
Poroşenko hesabından 34 milyon dollar pul çəkib
Ukraynanın sabiq prezidenti Petro Poroşenko Zelenskinin inaqruasiya mərasimindən əvvəl və dərhal sonra bank hesabından 34 milyon pul çəkib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının keçmiş müavini, hüquqşünas Andrey Portnov məlumat verib.

“Poroşenkonun qeyri- qanuni gəlirlərinin yuyulması ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Bu ilin 17-21 may tarixləri arasında Beynəlxalq İnvestisiya Bankından üç dəfə bir milyon dollar çıxardıb”.

Portnovun sözlərinə görə, mayın 17-dən iyunun 18-dək Poroşenko 34 milyon pul çəkib.

“Qarşıdakı həbsdən öncə pulları xilas etmək üçün onlar başqa yerdə gizlədilib, yaxud seçicilərin ələ alınması və mitinqlərin maliyyələşdirilməsi, mətbuatın nəzarətdə saxlanılması üçün xərclənilib. Araraşdrımalar bu pulların hara getdiyini öyrənməlidir”,-deyə A. Portnov bildirib.

O, Poroşenkonun xidməti vəzifəsini yerinə yetirərkən törətdiyi cinayətlərə görə cavab verməsi üçün istintaq orqanlarına müraciət edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: