“Pəncə Hərəkatı”: 61 terrorçu zərərsizləşdirilib

      “Pəncə Hərəkatı”: 61 terrorçu zərərsizləşdirilib
  06 İyul 2019    Oxunub:1572
“Pəncə Hərəkatı”nın başlamasında bu günə qədər 61 PKK terrorçusu zərərsizləşdirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hərəkatın başladığı 27 may tarixindən ötən dövr ərzində 110 ədəd kustar üsulla hazırlanmış bomba, həmçinin terror təşkilatına aid 151 mağara və sığınaq içərisindəki silah-sursat, o cümlədən ərzaqla birlikdə məhv edilib.

Bundan başqa 18 ədəd AK-47 avtomatı, 11958 AK-47 sursatı, 3 ədəd RPG-7, 24 əl bombası, 3362 kq partlayıcı və digər silah-sursat ələ keçirilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Pəncə-Hərəkatı   PKK   Terror  





Xəbər lenti