PKK-ya məxsus cəbbəxana tapılıb

PKK-ya məxsus cəbbəxana tapılıb
  07 İyul 2019    Oxunub:1619
Türkiyənin Hakkeri vilayətinin Yüksekova rayonunda PKK terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirilib.
Azvision.az xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində PKK-ya məxsus böyük cəbbəxana aşkar olunub.

Bildirilir ki, Cümhuriyyət məhəlləsində yaşıllıq ərazidə gizlədilən cəbbəxanadan çoxlu sayda silah və sursat, o cümlədən tank əleyhinə mərmilər və qumbaralar götürülüb.

Azvision.az


Teqlər: Türkiyə   PKK   Terror  





Xəbər lenti