Reyhanlıdakı partlayışa görə 16 nəfər saxlanılıb

Reyhanlıdakı partlayışa görə 16 nəfər saxlanılıb
  08 İyul 2019    Oxunub:1454
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda avtomobilin partlaması ilə əlaqədar əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə TÜrkiyə KİV-ləri məlumat yayıb.

Əməliyyat zamanı 16 şübhəli şəxs saxlanılıb. Onlar ifadə vermək üçün polis idarəsinə aparılıblar.

Qeyd edək ki, partlayış zamanı avtomobildə olan 3 suriyalıdan 2-i həlak olub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Partlayış   Reyhanlı   Həbs  





Xəbər lenti