22 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

  08 İyul 2019    Oxunub : 914
22 mindən çox abituriyentin ərizəsi təsdiqlənib
İyulun 8-i saat 10:55-ə olan məlumata görə, kolleclərə qəbul olunmaq üçün ümumilikdə 22 min 510 abituriyentin (Azərbaycan bölməsi üzrə 21 min 881, rus bölməsi üzrə 629) ərizəsi təsdiqlənib.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, 9 illik orta təhsil bazasında kolleclərə ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb edilən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq ad və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

İxtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Azvision.az

Teqlər: DİM