Ermənistanda sahibkarlar etiraz aksiyası keçirib

  08 İyul 2019    Oxunub : 1184
 Ermənistanda sahibkarlar etiraz aksiyası keçirib
Ermənistanda metal tullantılarının ixracatı ilə məşğul olan sahibkarlar Dövlət Gəlirləri Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, etiraza səbəb dövlət rüsumunun artırılması olub. Belə ki, dövlət rüsumları ilə bağlı qanuna edilən düzəlişə əsasən tullantıların ixracatı zamanı sahibkar 1 tona görə 160 dollar (80 min dram) ödəməlidir.

Artıq qanun layihəsi baxılması üçün Ermənistan Milli Məclisinə təqdim olunub. Buna etiraz edən ixracatçı şirkətlərin nümayəndələri əvvəlcə Ermənistan hökumət binası qarşısında, sonra isə Dövlət Gömrük Komitəsinin İrəvan şəhərindəki binasında etiraz aksiyası keçiriblər.

Bildirlib ki, dövlət rüsumunun artırılması firmaların iflasına gətirib çıxara bilər. Etirazçılar komitənin sədr müavini Şuşanik Nersisyan ilə görüşdən sonra binaya girişi bağlayıblar.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   Etiraz