Kərzai: Belə getsə, ABŞ ilə saziş imzalanmayacaq

Kərzai: Belə getsə, ABŞ ilə saziş imzalanmayacaq
  29 Noyabr 2013    Oxunub:1168
Əfqanıstan Prezidenti Həmid Kərzai ABŞ qüvvələrinin Helmand şəhərindəki evlərdən birinə pilotsuz uçuş aparatları ilə hücumunu pisləyib.
AzVision.az Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, H.Kərzai Birləşmiş Ştatları sərt ifadələrlə qınayaraq bildirib ki, bu son hücum ABŞ qüvvələrinin Əfqanıstanın mülki vətəndaşlarının həyatına hörmət etmədiyini göstərir: "Əcnəbi hərbçilərin ölkəmizdə belə hərəkətləri davam etdikcə təhlükəsizlik haqqında ikitərəfli saziş imzalanmayacaq".

Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında ABŞ-ın pilotsuz uşuş aparatlarının bir yaşayış evinə hücumu nəticəsində bir uşaq həlak olub, iki qadın ağır yaralanıb.


Teqlər:





Xəbər lenti