ABŞ Ukrayna hakimiyyətinə xəbərdarlıq etdi

ABŞ Ukrayna hakimiyyətinə xəbərdarlıq etdi
  30 Noyabr 2013    Oxunub:1083
AzVision.az xəbər verir ki, ABŞ Avropa meydanına qarşı güc sanksiyaları olacağı təqdirdə bunun ikitərəfli münasibətlərə ciddi təsirinin olacağı ilə bağlı Ukrayna hakimiyyətinə xəbərdarlıq edib. Aksiya iştirakçılarına qarşı güc tətbiqi ABŞ və Ukraynanı münasibətlərinə mənfi təsir edə bilər. Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payyet «Amerikanın səsi»nin Ukrayna xidmətinə müsahibəsində bildirib. «ABŞ üçün söz və mətbüat azadlığı – fundamental prinsiplərdir. Biz həmişə bunun bizim üçün əsas prioritet olduğunu deyirik. Bu dəyərlərə hörmət ikitərəfli strateji münasibətlərimizin əsaslarından biridir. Bu prinsiplərdən aralanmağın ağır nəticələri ola bilər», - deyə səfir qeyd edib.


Teqlər:





Xəbər lenti