Söyüşün cavabı: Gürcüstana yeni sanksiyalar qoyulacaq
Bu arada Rusiyadan Gürcüstana gedən turistlərin sayında da kəskin azalma qeydə alınıb. Kutaisinin turizm mərkəzinin sözçüsü Mari Devidzenin sözlərinə görə, iyunun 20-nə qədər onlara hər həftə təxminən 600 rusiyalı müraciət etdiyi halda, indi bu rəqəm kəskin azalıb. Təkcə bir həftədə 207 nəfər menmahxalarda bron etdikləri nömrələrdən imtina ediblər.
Rusiyanın bəzi mədəniyyət xadimləri bundan sonra bir də heç vaxt Gürcüstana qastrola getməyəcəklərini bəyan ediblər.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova hadisəyə münasibət bildirərkən deyib ki, “Bu, Gürcüstanın faciəsidir”.
Gürcüstanda yüzlərlə insan şirkətin qabağına toplaşaraq, Rusiya prezidentinin ünvanına söyüşlərə etirazlarını bidiriblər. “Rustavi-2” televiziyasının bəzi əməkdaşları isə həmkarları Georgi Qabuniyanın təhqirlərinə cavab olaraq, işdən çıxdıqlarını bildiriblər. Kanalın operatoru Levan Marqvelaşvili kamerasını və vəsiqəsini nümayişkaranə şəkildə tullayaraq, “Məim də ailəm var və istəmirəm ki, sabah məni də təhqir etsinlər”,- deyib. Kanalın prodüserlərindən Levan Rostomauli də ona qoşulub.
Gürcüstanın keçmiş prezidenti, hazırda Ukraynada yaşayan Mixeil Saakaşvili hadisəni şərh edərkən bildirib ki, “Emosionallığı və isteriyanı düzgün saymır, çünki bu, işimizə fayda verməyəcək”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Gürcüstan Rusiya Qabuniya