Yük maşını iki azyaşlının üzərindən keçdi

Yük maşını iki azyaşlının üzərindən keçdi
  30 Noyabr 2013    Oxunub:1425
AzVision.az "EL TV"yə istinadən xəbər verir ki, Yevlax şəhərində məişət tullatılarını daşıyan yük maşını 2 azyaşlı uşağın üzərindən keçib.
Onlardan 1-i hadisə yerində dünyasını dəyişib, digərinin ayağı sınıb. Şahidlərin sözlərinə görə, 2001-ci il təvəllüdlü Vüsalə Saleh qızı Kərimova və 2008-ci il təvəllüdlü Könül Anar qızı Kərimova maşının altında oynayırlarmış. Bu zaman azyaşlıların orada olmasından xəbərsiz sürücü maşını hərəkətə gətirib. Yevlax Şəhər Polis Şöbəsinin Yol Polis Bölməsinin İstintaq idarəsində faktla bağlı araşdırma aparılır. Yaralı Könül Kərimova Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti