Putini təhqir edən aparıcı efirdən uzaqlaşdırıldı

  08 İyul 2019    Oxunub : 1387
 Putini təhqir edən aparıcı efirdən uzaqlaşdırıldı
Gürcüstanın “Rustavi 2” telekanalının aparıcısı Giorgi Qabunia 2 ay müddətinə efirdən uzaqlaşdırılıb.

Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə telekanalın özünütənzimləmə orqanı qərar qəbul edib.
Qərar G.Qabunianın müəllifi və aparıcısı olduğu bütün proqramlara şamil olunub.

Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı G. Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib.

Azvision.az

Teqlər: Gürcüstan   Jurnalist