Müəllimlərin imtahanında 2 nəfər ən yüksək bal topladı

Müəllimlərin imtahanında 2 nəfər ən yüksək bal topladı
  09 İyul 2019    Oxunub:2668
İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində tarix və alman dili müəllimi olmaq istəyən 2291 namizəd iştirak edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, imtahanda tarix fənni üzrə ən yüksək nəticəni Nərmin Ənvərli (58 bal), alman dili fənni üzrə isə Əjdər Salmanov (53 bal) əldə edib. Nərmin Ənvərli 2017-ci ildə Gəncə Dövlət Universitetinin tarix muəllimliyi ixtisası üzrə bakalavriatura, 2019-cu ildə isə həmin universitetin "Azərbaycanın qədim və orta əsrlər tarixi" ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

Əjdər Salmanov 2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetində alman dili müəllimliyi ixtisası üzrə təhsil alıb.

Müəllimlərin işə qəbulu üzrə test imtahanları iyulun 24-dək davam edəcək. İyulun 9-da isə fizika, musiqi və fransız dili üzrə test imtahanları keçiriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti