Putin 12 yaşlı məktəbliyə it bağışlayıb

Putin 12 yaşlı məktəbliyə it  bağışlayıb
  09 İyul 2019    Oxunub:1674
Rusiya prezidenti Vladimir Putin Krasnoyarskdan olan beşinci sinif şagirdi Arsen Fyodorova qızılı retriver küçüyü hədiyyə edib.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə KrasnoyarskınTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Arsen Fyodorov yeni ildən sonra prezidentə məktub yazaraq ona küçük bağışlamasını xahiş edib. O, məktubunda həmçinin möcüzələrin olduğuna inandığını və onun belə bir qəşəng dostu olmasını arzuladığını yazıb.

Krasnoyarskın Təhsil Naziri 12 yaşlı oğlanı yanına çağırıb və Putinin adından ona qızılı retriver küçüyünü verib.

Şahanə Rəhimli

Azvision.az




Teqlər:





Xəbər lenti