Trans yağlarla bağlı normativ hüquqi akt hazırlanır

Trans yağlarla bağlı normativ hüquqi akt hazırlanır
  09 İyul 2019    Oxunub:2118
Azərbaycanda trans yağlarla bağlı normativ hüquqi akt hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, bununla bağlı Qida Təhlükəsizliyi İnstitunun tərkibində akt üzərində iş aparılır.

"Trans yağlarının üzərində Qida Təhlükəsizliyi İnstitunun ekspertləri məşğuldur. Trans yağların ərimə temperaturu yüksək olduğu üçün insan bədənində ərimir və sağlamlıq üçün ziyanlıdır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Xaçmaz, Şəki, Tovuz regional bölmələrinə 32 adda müxtəlif yağlar- kərə yağları və spred yağları ekspertizaya cəlb olunub. Bunlardan 12-sində trans yağların miqdarı normadan yuxarı olub".

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti