Lavrovla Mnatsakanyan Qarabağı müzakirə edib

   Lavrovla Mnatsakanyan Qarabağı müzakirə edib
  09 İyul 2019    Oxunub:2166
Slovakiyanın Yüksək Tatra dağlarındakı qəsəbədə ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər Nazirlərinin qeyri formal görüşü çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib
Azvision.az RİA Novosti saytına istinadən xəbər verir ki, görüşdə nazirlər regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesini nəzərdən keçiriblər.

Qeyd edək ki, Slovakiyanın Yüksək Tatra dağlarındakı qəsəbədə ATƏT-in üzvü olan ölkələrin Xarici İşlər nazirliyinin qeyri formal görüşü keçirilir. “Keçmiş fəaliyyətdən gələcək preventiv tədbirlərə: ATƏT-in Avropada və onun hüdudlarından kənarda sabitliyin möhkəmlənməsinə töhfəsi” mövzusunda keçirilən görüşdə 57 ölkədən nazirlər və yüksək vəzifəli diplomatlar iştirak edirlər.

Görüşdə münaqişə zonaları, transmilli təhlükələr, iqtisadi və ekoloji problemlər də müzakirə olunur.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya   Qarabağ   Ermənistan  





Xəbər lenti