Putin Gürcüstana qarşı sanksiyaların əleyhinə çıxdı

  09 İyul 2019    Oxunub : 919
 Putin Gürcüstana qarşı sanksiyaların əleyhinə çıxdı
Rusiya prezidenti Valdimir Putin Gürcüstana sanksiya tətbiq edilməsinə qarşı çıxıb.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin gürcü xalqına olan hörmətinə görə hesab edir ki, sanksiya tətbiq etmək lazım deyil.
Putinin sözlərinə görə, ölkədə anti-Rusiya vəziyyətini tarixi bilməyən insanlar şişirdirlər və nəticədə Gürcüstana zərər verirlər.

Bundan əlavə, Rusiya lideri hesab edir ki, onu təhqir edən gürcü jurnalist Giorgi Qabunia ilə bağlı cinayət işinin başlanması çox böyük şərəfdi.

“Belələrinə qarşı cinayət işi qaldırmaq çox böyük şərəfdir, qoy davam etsin”,- deyə Putin bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Putin