Yaponiya nümayəndə heyəti ETSN-də olub

Yaponiya nümayəndə heyəti ETSN-də olub
  10 İyul 2019    Oxunub:1249
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Koorporasiyasının icraçı direktoru Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə həmçinin, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabr ayında keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: ETSN   Yaponiya  





Xəbər lenti