Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib

 Gürcüstan Azərbaycana yeni baş konsul təyin edib
  10 İyul 2019    Oxunub:2230
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Gürcüstanın yeni təyin edilmiş baş konsulu Nikoloz İaşvilini qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş zamanı Nikoloz İaşvili baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Nikoloz İaşviliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı strateji münasibətlərinin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Qəbul  





Xəbər lenti