Polis alman vətəndaşın itmiş əşyalarını tapıb

Polis alman vətəndaşın itmiş əşyalarını tapıb
  10 İyul 2019    Oxunub:1396
Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel DİN-in 102 xidmətinə müraciət edərək, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartlarını naməlum şəraitdə itirdiyini bildirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məlumat daxil olan kimi Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb. H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.

Azvision.az


Teqlər: DİN   Alman   Vətəndaş  





Xəbər lenti