Ukraynada aksiyalar yatırıldı

Ukraynada aksiyalar yatırıldı
  30 Noyabr 2013    Oxunub:1045
Polislə toqquşmalarda 40 nəfər yaralanıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kiyevin “Müstəqillik” meydanında müxalifətin bir neçə gündür davam edən etiraz aksiyaları dağıdılıb. Yerli vaxtla səhər saat 6-dan başlayaraq meydanı mühasirəyə alan Ukrayna polisi və Daxili İşlər nazirliyinin “Berkut” xüsusi təyinatlı dəstələri müqavimətlə üzləşib.

Avrointeqrasiya tərəfdarı olan etirazçılardan 30 nəfər həbs olunub, 40 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Hazırda meydanı tamamilə azad edən hüquq-mühafizə orqanları əraziyə girişi bağlayıb.

Xatırladaq ki, 2 gün davam edən Vilnüs Sammitində Ukrayna prezidenti Viktor Yanukoviç Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamayıb.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:





Xəbər lenti