FHN işə qəbul elan edir

FHN işə qəbul elan edir
  11 İyul 2019    Oxunub:10026
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı sakinlərinin paytaxt ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbul elan edir.
FHN-dən Azvision.az -a verilən məlumata görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, bu il avqustun 1-dək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 santimetr və yuxarı şəxslər iyulun 12-13-də Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi-40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Azvision.az



Teqlər: FHN   İş   Qəbul   Elan  





Xəbər lenti