Nazirliyin çağrı mərkəzinə 127253 şəxs müraciət edib
Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Vətəndaşlar 142 - Çağrı mərkəzinə zəng edərək 0 düyməsini, bundan sonra 1 düyməsini seçməklə və şəxsiyyət vəsiqəsinin nömrəsi və doğum tarixini (rəqəm ifadəsində, məsələn, 1970-ci ilin 10 iyun tarixi -10.06.1970 kimi) daxil etməklə - əlillik, 0 düyməsini, bundan sonra 2 düyməsini seçərək və şəxsiyyət vəsiqəsinin nömrəsini, ərizə-bəyannamənin son 4 rəqəmini daxil etməklə ünvanlı dövlət sosial yardımının təyinatı ilə bağlı müraciətlərinin nəticəsi barədə məlumat əldə edə bilərlər.
Əgər vətəndaşın əlillik və ya sosial yardımla bağlı müraciətlərinə dair informasiya sistemində məlumat olmadıqda bu barədə də vətəndaşa məlumat verilir.
Azvision.az
Teqlər: ƏƏSMN