Siyavuş Novruzov deputatlara irad bildirib

   Siyavuş Novruzov deputatlara irad bildirib
  12 İyul 2019    Oxunub:1598
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deputatlara irad bildirib.
Azvision.az xəbər verir ki, S.Novruzov deyib ki, iclasda qanuna dəyişiklik layihələri müzakirə olundu, amma əsas qanuna toxunulmadı:

“Bu qanunların banisi Heydər Əliyevdir. O, olmasaydı, bu qanunlar da olmazdı, indi müstəqil, inkişaf etmiş Azərbaycan var. Bu ölkənin qurucusu var, mütləq yada salınmalıdır. İki gün sonra Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyidir. Hesab edirəm ki, Milli Məclis Heydər Əliyevin hakimiyyətinin 50 illiyi ilə bağlı bəyanat və ya müraciət qəbul etməlidir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: SiyavuşNovruzov   MM  





Xəbər lenti