NATO-dan “S-400” açıqlaması: “Narahatıq”
O bildirib ki, məlum hadisəyə dair qərarı müttəfiqlər verəcək: “Türkiyənin bu qərarına görə, narahatıq. Adı çəkilən silah müttəfiqlərin sistemləri ilə uyğunlaşmır. Türkiyənin “S-400” zenit -raket kompleksləri alma qərarının doğuracağı nəticələrə görə də narahatıq. Çünki NATO-nun tapşırıq və əməliyyatlarının həyata keçirilməsindəki əsas məsələ üzv ölkələrin silahlı qüvvələrinin birlikdə hərəkət edə bilməsidir”.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan S-400” zenit- raket komplekslərinin ilk hissələrinin artıq ölkədə olduğunu açıqlayıb.
Kənan Məmmədov
Azvision.az
Teqlər: S-400 Rusiya Türkiyə NATO