Fransa səfiri Rusiyanı Ukrayna ilə barışmağa çağırıb

  12 İyul 2019    Oxunub : 1048
Fransa səfiri Rusiyanı Ukrayna ilə barışmağa çağırıb
“Rusiya, Fransa və Aİ ilə münasibətləri yaxşılaşdırmaq üçün Ukraynadakı münaqişənin həlli yolunda imkanlar yaratmalıdır".
Azvision.az xəbər verir ki, bunu Frasanın Rusiyadakı səfiri Silvi Bermann deyib.

"Fransa Rusiya ilə dialoqa ehtiyacın olduğuna çox inanır. Hər şeydən öncə mən Ukrayna haqqında düşünürəm. Rusiya Fransa ilə qlobal əlaqələri, Aİ ilə münasibətləri yaxşılaşdırmaq üçün münaqişənin nizamlanmasına imkanlar yaratmalıdır".

Qeyd edək ki, Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Ukraynadakı və Krım ətrafında baş verənlərdən, yarımadanın Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirildikdən sonra pisləşib.

Şahanə Rəhimli

Azvision.az

Teqlər: Fransa   səfir