İsmayıl Hüseynov Xızıda vətəndaşlarla görüşüb

İsmayıl Hüseynov Xızıda vətəndaşlarla görüşüb
  12 İyul 2019    Oxunub:1655
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Komitədən Azvision.az -a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov bu gün Xızı rayonunun sakinlərini, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünləri qəbul edib.

Qəbulda vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılıb. Müraciətlər əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Azvision.az



Teqlər: İsmayılHüseynov   DGK  





Xəbər lenti