Əfqanıstanda yeniyetmə toyda özünü partladıb

  12 İyul 2019    Oxunub : 883
Əfqanıstanda yeniyetmə toyda özünü partladıb
Əfqanıstanda 13 yaşlı yeniyetmə özünü toyda partladıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Nanqarxar vilayətində baş verib.

Hücum hökumətə tabe olan milisin komandiri Malik Toora qarşı edilib. Qeyd olunur ki, toyu o, təşkil edib.

Partlayış nəticəsində 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti hələ heç bir təşkilat öz üzərinə götürməyib.

Azvision.az



Teqlər: Əfqanıstan   Partlayış