Gəncədə külək ağacları aşırdı - Foto

   Gəncədə külək ağacları aşırdı -   Foto
  13 İyul 2019    Oxunub:2691
Güclü külək Gəncədə fəsadlar törədib.
Azvision.az -ın hadisə yerində olan müxbirinin məlumatına əsasən Gəncə şəhərində müşahidə edilən güclü külək ağacları qırıb.

Bir sıra ağaclar kökündən çıxaraq asfalt örtüyünə ziyan vurub, bəzi küçələrdə hərəkəti məhdudlaşdırıb.

Həmçinin yaxınlıqlarındakı avtomobillərin üzərinə düşərək onlara ziyan vurub.

Küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb, aşan ağaclar daşınır.



Aytən Zəhra

Azvision.az



Teqlər: Külək   Gəncə  





Xəbər lenti