Putin Ermənistanda qalası olmayacaq

Putin Ermənistanda qalası olmayacaq
  01 Dekabr 2013    Oxunub:1007
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı gecəni bu ölkədə qalmayacağı bildirilir.

AzVision.az erməni mənbələrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin dekabrın 2-dən 3-nə keçən gecə səfərini başa vurub qayıdacağı gözlənilir.

Səfər proqramına əsasən Putinin əvvəlcə 102-ci Rusiya hərbi bazasının yerləşdiyi Gümrü şəhərinə getməsi və orada açılışlarda iştirak etməsi planlaşdırılır. Daha sonra o, İrəvana gedəcək.

Rəsmi danışıqlardan sonra Putin Ermənistan prezident Serj Sərkisyanın onun şərəfinə təşkil etdiyi ziyafətə qatılacaq və Moskvaya qayıdacaq.

“Qraparak” qəzetinə məlumat verən mənbə deyib ki, Putinin gecəni İrəvanda qalmamasının səbəbi onun avqust ayında Bakıya səfəri zamanı Azərbaycan paytaxtında gecələməməsi ilə bağlı ola bilər.

Həmin səfər zamanı Rusiya prezidenti azərbaycanlı həmkarı ilə rəsmi və qeyri-rəsmi formatda danışıqlardan sonra gecə yarısını keçmiş Bakını tərk etmişdi.

Rusiya prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Putinin Ermənistana səfəri dekabrın 2-3-də olacaq.


Teqlər:  





Xəbər lenti