İran prezidenti zəlzələ bölgəsində- FOTOLAR

İran prezidenti zəlzələ bölgəsində- FOTOLAR
  01 Dekabr 2013    Oxunub:1263
İran prezidenti Həsən Ruhani bu gün səhər saatlarında zəlzələ bölgəsinə səfər edib. AzVision.az Fars News Agency-yə istinadən xəbər verir ki, H.Ruhani İranın cənubunda yerləşən Buşəhr vilayətinin Fars körfəzi xəstəxanasında Borazcan şəhərində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlarla görüşüb və onlara necə yardım göstərilməsi prosesi ilə yaxından tanış olub. İran prezidenti həmçinin Borazcan və Dəştistan şəhərlərində zəlzələdən zərər çəkmiş bölgələrin yaxın üç həftə içərisində yenidən tam şəkildə bərpa ediləcəyini bildirib.

Qeyd edək ki, noyabrın 28-də axşam saatlarında İranın Buşəhr vilayətində 5,7 bal gücündə zəlzələ baş verib. Nəticədə üç şəhərdə 8 nəfər ölüb, 209 nəfər yaralanıb. Təbii fəlakət 300 evə ciddi ziyan vurub, kommunikasiya xətləri sıradan çıxıb.

Qalereya




Teqlər:  





Xəbər lenti