Nepalda ölənlərin sayı 65 nəfərə çatıb
Bundan öncə daşqın və sürüşmə nəticəsində 50 nəfərin öldüyü deyilirdi. Hazırda 30 nəfər itkin hesab olunur. Eyni zamanda 38 nəfər xəsarət alıb.
Bildirilir ki, təbii fəlakət 22 rayona toxunub. Yerli icra orqanları 1146 nəfəri təxliyyə edib.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Nepal