Gəncə Hava limanında bomba həyəcanı

Gəncə Hava limanında bomba həyəcanı
  01 Dekabr 2013    Oxunub:1334
Gəncə Şəhər Baş Polis İdarəsinə Gəncə Beynəlxalq Hava limanında bomba qoyulması barədə məlumat daxil olub.

AzVision.az APA- ya istinadən xəbər verir ki, Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Gəncə Beynəlxalq Hava limanında bomba qoyulması barədə məlumat saat 20 radələrində daxil olub. Xəbərə görə, aeroportda partlayıcının olması barədə polisə zəng edib məlumat verən şəxs öz şəxsiyyətini açıqlayıb.

Məlumata görə, dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.

Hazırda nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aeroportun ərazisində müvafiq təhlükəsizlik tədbirləri görür və əraziyə baxış keçirirlər.


Teqlər:





Xəbər lenti