Yanukoviç Maydan hədisələrini sərt tənqid etdi

Yanukoviç Maydan hədisələrini sərt tənqid etdi
  01 Dekabr 2013    Oxunub:985
Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti tərəfindən yayılmış müraciətnamədə bildirilir.

Ukrayna prezidenti Viktor Yanukoviç Azadlıq meydanında güc tətbiqinə səbəb olmuş əməlləri sərt tənqid edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti tərəfindən yayılan müraciətnamədə bildirilir.

Ukrayna xalqına ünvanlanmış müraciətnamədə deyilir: "Mən qarşıdurmaya və insanların əzabına səbəb olmuş əməlləri kəskin qınayıram".

Ukrayna prezidenti Baş Prkurorluqdan təcili qaydada Maydanda (Kiyevin Azadlıq meydanında) baş vermiş toqquşmanın istintaqının nəticələrinin təqdim edilməsini tələb edib. "Günahkarların lazımi qaydada cəzalandırılması üçün təcili qaydada mənə və Ukrayna xalqına obyektiv və təxirəsalınmaz istintaqın nəticələrini təqdim edilməsini tələb edirəm", - deyə prezident bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi bölməsi olan "Berkut" şənbə günü səhər tezdən Kiyevin Azadlıq meydanında mitinqi dağıdıblar. Hadisə zamanı 35 nəfər yaralanıb və 35 nəfər saxlanıb.


Teqlər:  





Xəbər lenti