Çexiya KİV-lərinin verdiyi məlumata görə, ölkənin siyasi rəhbərliyində ehtimal olunan siyasi tərəfdaşlarla koalisiya müqaviləsinin layihəsi artıq tam hazırdır. AzVision.az xəbər verir ki, Çexiya KİV-lərinə bu barədə yeni Nazirlər Kabinetinin formalaşması haqqında danışıqlar aparan parlamentdəki sosial-demokratlar məlumat veriblər. Sənəd milyarder Andrey Babişin “Ano” hərəkatına (çex dilindən tərcümədə “hə” deməkdir) və Pavel Belobradek başda olmaqla Xristian-Demokratlar İttifaqına -Çexoslovakiya Xalq Partiyasına təqdim edilib. Gələcək hakim koalisiyanın ehtimal edilən subyektləri arasında üçtərəfli danışıqlar bazar ertəsi başlanacaqdır. Layihənin məzmunu barədə ətraflı məlumat verilmir, lakin hamıya yaxşı məlumdur ki, indi partiyalar bütün fikir ayrılıqlarının tənzimlənməsini bəyan edə bilməzlər. Məsələn, xristian-demokratlar kilsə restitusiyaları haqqında normanın təftiş olunmasını və lüstrasiya qanunlarının ləğv olunmasını qəbul etmirlər. “Ano” hərəkatı və sosial-demokratlar isə əksinə, buna çalışırlar.