Ukraynada 3 əsrlik türk məscidinin qalıqları tapılıb

  15 İyul 2019    Oxunub : 1045
 Ukraynada 3 əsrlik türk məscidinin qalıqları tapılıb
Ukraynanın Çernovtsı vilayətinin Xotinsk qəsrində arxeoloqların ekspedisiyası zamanı XVIII əsrə aid türk məscidinin qalıqları aşkarlanıb.
Bu barədə ekspedisiyanın rəhbəri Nikolay İlkiv məlumat verib. Onun sözlərinə görə, 2014-cü ildən başlanan qazıntı işləri zamanı aparılan tədqiqatlar bu il də davam etdiriləcək.

N.İlkiv bildirib ki, qazma zamanı qədim türk məscidinin qalıqları ilə yanaşı, daha qədim dövrə aid, xüsusilə daş dövrü, Tripol mədəniyyəti, slavyan-rus dövrünə aid qalıqlar da aşkarlanıb.

Azvision.az

Teqlər: Ukrayna   Məscid