Ziya Bünyadov prospektində qəza- yaralılar var

  30 Noyabr 2013    Oxunub : 595
Ziya Bünyadov prospektində qəza- yaralılar var
İritonnajlı yük maşını 10-dan çox avtomobili əziərək aşıb.
Ziya Bünyadov prospektində "Mersedes" markalı iritonnajlı yük maşını 10-a yaxın minik avtomobilini əzərək, bir neçəsini yol kənarında qazılmış xəndəyə salıb.

AzVision.az APA- ya istinadən xəbər verir ki, yük maşını daha sonra özü də aşıb.

Hadisə şahidləri qəza nəticəsində çoxlu sayda yaralıların olduğunu bildiriblər.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerində xilasetmə və təhlükəsizlik işləri görürlər.

Yaralılar xəstəxanaya aparılıb.

Hazırda Ziya Bünyadov prospektində qəza ilə bağlı nəqliyyatın hərəkəti dayanıb.

Yük maşınının sürücüsü saxlanılıb.

Qəza törədən sürücü sərxoş olub.
Əzilmiş avtomobillərin sahibləri ona hücum ediblər. Polis əməkdaşları sürücünün təhlükəsizliyini təmin ediblər. Sürücü hazırda Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinə aparılır.

Teqlər: