Sarkisyan Almaniyada dincəlib

  16 İyul 2019    Oxunub : 967
Sarkisyan Almaniyada dincəlib
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yay tətilini Almaniyada keçirib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Sarkisyan 7 gün Almaniyanın Baden-baden şəhərində dincəlib. Keçmiş prezident tətilinin bir hissəsini nəvələri ilə keçirmək üçün Almaniyadan Yunanıstana gedib.

Xatırladaq ki, 2018-ci ildə onun prezidentlik müddəti başa çatdıqdan sonra Armen Sarkisyan tərəfindən əvəz olunub. 17 aprel 2018-ci ildə Serj Sarkisyan Ermənistanın Baş Naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: SerjSarkisyan   Almaniya