Yeni hökumət formalaşdı

Yeni hökumət formalaşdı
  01 Dekabr 2013    Oxunub:1695
Tacikistanda yeni hökumətin formalaşması prosesi başa çatdı.
Tacikistanda noyabrın 6-da keçirilmiş prezident seçkilərindən sonra istefaya getmiş hökumətin formalaşdırılması prosesi başa çatıb.

Prezidentin sərəncamları ilə Koxir Rasulzoda ölkənin yeni Baş naziri təyin olunub. Davlatali Saidov Baş nazirin birinci müavini, Marxabo Cabborova, Azim İbroxim və Murodali Alimardon Baş nazirin müavinləri təsdiq edilmişdir. Yeni kabinet 14 nazirlik və 3 dövlət komitəsindən ibarətdir.

Yeni hökumətdə Rustam Menqliev ədliyyə, Kosim Kosimov kənd təsəttüfatı, Ramozon Raximov daxili işlər, Sirodjidin Aslov xarici işlər, Nuriddin Saidov təhsil və elm, Sumanqul Toroeva əmək, miqrasiya və məşğulluq, Abdusalom Kurbonov maliyyə, Şerali Mirza müdafiə, Xayrulla Asoev nəqliyyat, Şarif Raximzoda iqtisadi inkişaf və ticarət, Nasrullo Salimov səhiyyə və sosial müdafiə, Şamsiddin Orumbekov mədəniyyət, Usmonali Usmonov energetika və su ehtiyatları, Şavkat Boboev sənaye və yeni texnologiyalar nazirləri olmuşlar. Saymumin Yatimov milli təhlükəsizlik, Maxmadtoir Zakirov torpaq və geodeziya və Kosim Kodiri investisiya və dövlət əmlakının idarə olunması komitələrinin sədrləri təsdiq ediliblər.

Xatırladırıq ki, Tacikistanda keçirilən növbəti prezident seçkilərində Emaməli Rəhmon seçicilərin 84 faizinin səsini toplayaraq yenidən yeddi il müddətinə dövlət başçısı seçilib.


Teqlər:





Xəbər lenti