"Gərginlik yaratmaq lazım deyil"- Çavuşoğlu

  16 İyul 2019    Oxunub : 949
 "Gərginlik yaratmaq lazım deyil"- Çavuşoğlu
"Bu günlərdə Türkiyəyə gətirilən "S-400" zenit raket kompleksləri NATO üçün heç bir təhlükə yartmır".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Şimali Makedoniyada mətbuat konfransında deyib.

"S-400" NATO üçün təhlükə yaratmır. Qapadılmış bu prosesdə lazımsız gərginlik yaratmağa ehtiyac yoxdur",-deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, NATO-nun mətbuat xidməti Rusiyanın "S-400" komplekslərinin Türkiyəyə çatdırılması ilə bağlı narahatlığını dilə gətirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: MövludÇavuşoğlu   S-400