ABŞ Türkiyənin “S-400” almasını qəbul edə bilmir

  16 İyul 2019    Oxunub : 854
ABŞ Türkiyənin “S-400” almasını qəbul edə bilmir
“Türkiyə uzun müddətdir ki, NATO-nun önəmli üzvüdür. Amma “S-400” alışı səhv qərardır və bizi təəssüfləndirdi”
Azvision.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri səlahiyyətlərinin icraçısı Mark Esper deyib.

M.Esper hesab edir ki, Türkiyənin son bir neçə ildə həyata keçirdiyi siyasət təəssüf doğurur. O, "məsələ ilə bağlı nə edilməlidir" sualına belə cavab verib: "Həmkarıma müdafiə naziri seçilərəmsə, ya F-35-ləri, ya da “S-400”ləri ala biləcəklərini dedim. Hər iki silaha eyni zamanda sahib ola bilməyəcəklərini vurğuladım. “S-400”-lərin alınması, F-35-lərin qabiliyyətini və səmadakı üstünlüymüzü təhlükə altında saxlayır”.

Kənan Məmmədov
Azvision.az

Teqlər: ABŞ   Türkiyə   S-400   F-35