Türkiyə "Oruc Rəis"i Aralıq dənizinə göndərir

Türkiyə "Oruc Rəis"i Aralıq dənizinə göndərir
  17 İyul 2019    Oxunub:2025
Türkiyə Şərqi Aralıq dənizi bölgəsinə geoloji kəşfiyyatın davam etdirilməsi məqsədi ilə 4-cü gəmisini göndərib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"Bölgədə qazma əməliyyatlarını həyatan keçirən "Fatih" , "Yavuz" qazma gəmilərinə və "Barbados Xeyrəddin Paşa" seysmik araşdırma gəmisinə 2017-ci ilin avqustundan Qara və Mərmərə dənizlərində seysmik araşdırma aparan "Oruc Rəis" gəmisi qatılacaq".

O bildirib ki, davamlı qazma əməliyyatları, Türkiyənin qitə şelfində və Şimali Kipr səlahiyyətlilərinin Türk neft şirkəti “Turkish Petroleum”-a lisenziya ilə verdiyi ərazilərdə həyata keçiriləcək. Nazirin sözlərinə görə, Şərqi Aralıq dənizində qazma işləri eyni əzm və qərarlılıqla davam etdiriləcək, Ankara Türkiyənin bölgədə suveren hüquqlarının pozulması cəhdinə qarşı lazımı tədbirlər görəcək.

Qeyd edək ki, Avropa İttifaqı Türkiyəyə Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat apardığına görə ilk sanskiyasını tətbiq edib. Türkiyə ilə yüksək səviyyədə danışıqlar dayandırılıb və Türkiyə-Aİ assosiasiyalar şurasının iclasları ləğv edilib, 2020-ci il üçün Türkiyəyə ediləcək yardım azaldılıb, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər nəzərdə tutub.

Yunanıstan və Kipr bunu təxribat adlandırır. Türkiyə tərəfi isə bildirib ki, Aİ-nin qərarına baxmayaraq, karbohidrogen hasilatına davam edəcək. Bildirilir ki, Kipr türklərinin bölgədəki təbii qaynaqlardan istiadə etmək haqqı var.

Şahanə Rəhimli
Azvision.az





Teqlər: Türkiyə   Kipr   Ai  





Xəbər lenti