"Neftimizi satacağıq, şərəfimizi deyil"- Zərif

   "Neftimizi satacağıq, şərəfimizi deyil"-   Zərif
  17 İyul 2019    Oxunub:1606
"Nüvə sazişinin xilası digər ölkələrin də öz öhdəliklərini yerinə yetirmə qətiyyətini tələb edir. Razılaşma ilə bağlı gözəl sözlər və bəyanatlar İranın maraqlarına cavab vermir".
Azvision.az xəbər verir ki, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif BBC-yə müsahibəsi zamanı deyib.

"Son nəticədə biz neftimizi satacağıq, şərəfimizi deyil",-deyə Zərif bildirib.

"Bu, ABŞ-da daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənən razılaşma idi. ABŞ-ın hansı idarəsinin onu təsdiq etməsinin əhəmiyyəti yoxdur, saziş bu ölkə ilə bağlanmışdı. Bu bəyanatlar vacibdir, ancaq ən vacibi onların investisiyalarıdır".

XİN rəhbəri bunu avropalıların ABŞ-ın sazişdən birtərəfli çıxmasından təəssüflənmələri ilə bağlı fikirlərə cavab verərkən deyib.

"Nüvə sazişi avropalılar üçün təhlükəsizlik sənədidir. Lazımi kapital olmadan heç nə əldə edə bilməzsiniz. Bu özü bir qüsurdur. Biz nüvə sazişinə danışmaqdan çox kapital qoyduq, avropalılar hələ bunu etməyə hazır deyillər. Onlar yalnız sözlərlə yaşayırlar. Bu kapital İran neftinin alınması ola bilər", -deyə o vurğulayıb.

Zərif Fars körfəzi bölgəsində gərginliyin olması ilə bağlı suala cavab olaraq xəbərdarlıq da edib: "Əgər müharibə olarsa, düşünmürəm ki, bizim ərazimizdə kimsə təhlükə altında olsun. Müharibəni gəlin saxlayaq, bizə müharibə lazım deyil".

Şahanə Rəhimli

Azvision.az


Teqlər: İran   Nüvə  





Xəbər lenti