Sınaq imtahanına qeydiyyat davam edir

Sınaq imtahanına qeydiyyat davam edir
  17 İyul 2019    Oxunub:1886
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.
DİM-dən Azvision.az
-a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA və BB qrupları üzrə iyulun 19-da keçiriləcək. İmtahan saat 10-da başlanacaq. Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat iyulun 19-u saat 9-da başa çatacaq. Qeydiyyat üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır. Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə ediləcək.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti