Azərbaycan futbolunda qalmaqal – VİDEO

Azərbaycan futbolunda qalmaqal – VİDEO
  01 Dekabr 2013    Oxunub:1428
Azərbaycan futbolunda qalmaqal: “Sumqayıt” Premyer Liqadan çıxır!
AzVision.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt” - “Neftçi” matçında qalmaqal baş verib. Lent.az-ın məlumatına görə, meydan sahibləri baş hakim Fariz Yusifovun idarəçiliyindən narazılıqlarını bildiriblər.

Oyunun sonlarında Sumqayıt klubunun kapitanı Samir Abbasov topun “Neftçi”nin futbolçusunun əlinə dəydiyi epizodda Yusifovun penalti təyin etməməsinə etirazını bildirib.

Baş hakim isə ona birbaşa qırmızı vərəqə göstərib.

Oyundan sonra isə Sumqayıt klubunun Prezidenti Kamran Quliyev Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə zəng edərək, Yusifovun idarəçiliyindən narazılığını onun diqqətinə çatdırıb. O, "Ramin müəllim, belə hakimlik olmaz. Komandamı çempionatdan çıxarıram" deyib.

Daha sonra isə klub prezidenti üzünü jurnalistlərə tutub: “Belə də yazın: Bu idarəçilik Azərbaycan futbolunun adına ləkədir, PFL-in adına ləkədir, AFFA Hakimlər Komitəsinin adına ləkədir!”.




Teqlər:  





Xəbər lenti