Rusiyada qidadan zəhərlənənlərin sayı 51-ə çatdı

  18 İyul 2019    Oxunub : 786
Rusiyada qidadan zəhərlənənlərin sayı 51-ə çatdı
Rusiyada "Healthy food" avtomatlarında satılan qidalardan zəhərlənənlərin sayı 51 nəfərə çatıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, zəhərlənənlərə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub.

Onlardan 26 nəfəri xəstəxanaya yerləşdirilib. Bundan öncə qida zəhərlənməsi ilə bağlı müraciət edənlərin 6 nəfəri isə vəziyyətinin yaxşılaşması ilə əlaqədar evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   zəhərlənmə