Rusiya Türkiyəyə "Su-35" satmağa hazırdır

  18 İyul 2019    Oxunub : 907
 Rusiya Türkiyəyə "Su-35" satmağa hazırdır
"Rostex" dövlət şirkəti Türkiyənin maraqlarına uyğun gələrsə, bu ölkəni "Su-35" qrıcıları ilə təchiz edə bilər"
Azvision.az xəbər verir ki, bunu şirkətin rəhbəri Sergey Çemezov deyib.

"Əgər bizim türkiyəli həmkarlarımızın belə bir istəyi olarsa, biz "Su-35"in çatdırılması ilə bağlı hazırlıq görə bilərik",-Çemezov qeyd edib.

Qeyd edək ki, iyulun 17-də Ağ Evin verdiyi bəyanatda bildirilir ki, Türkiyənin Rusiyanın "S-400" zenit-raket komplekslərini almaq qərarı onun "F-35" proqramında iştirakını mümkünsüz edir. "F-35" kəşfiyyat məlumatlarının toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz".

Türkiyə XİN -i isə ABŞ-a müraciət edərək ölkəni "F-35" proqramından çıxarma qərarından imtina etməyə çağırıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   Türkiyə