Ukraynada hakim partiyanın deputatı etirazçıların tərəfinə keçdi

Ukraynada hakim partiyanın deputatı etirazçıların tərəfinə keçdi
  01 Dekabr 2013    Oxunub:1052
Ukraynanın xalq deputatı Nikolay Rudkovski hakim Regionlar Partiyasının parlament fraksiyasını tərk etdiyini bəyan edib. Kiyevdə aksiyanın dağıdılmasından sonra bu addımı atan deputat hökumətin istefasını tələb edib.

AzVision.azUNİAN-a istinadən xəbər verir ki, o, meydanda baş verənlərdən utandığını bildirib: “Əksər həmvətənlərim kimi hesab edirəm ki, Ukrayna Avropadır”.

Xatırladaq ki, Radanın daha iki deputatı - David Jvaniya və İnna Boqoslovskaya da Regionlar Partiyasının parlament fraksiyasını tərk etmək niyyətlərini açıqlayıblar. Sonuncu həm də hakim partiyadan çıxmağı planlaşdırır.

Şənbə günü səhər xüsusi təyinatlılar Kiyevin mərkəzində Avropa inteqrasiya tərəfdarlarının mitinqini dağıdıb. Əməliyyat zamanı 35 nəfər xəsarət alıb. Onlardan 7-si hələ xəstəxanadadır. Artıq müxalifətin mitinqləri Mixaylovsk meydanında davam etdirilir.


Teqlər:





Xəbər lenti