İranda terror cəhdinin qarşısı alındı
Abadan Şəhər İcra Hakimiyyətinin başçısı Bəhram İlxaszadə deyib ki, bu gün təhlükəsizlik qüvvələri Abadan şəhərindən Mahşəhr şəhərinə gedən qaz boru kəmərinin altına bomba qoyulması barədə daxil olan məlumat üzrə əməliyyat keçirib və bombanı zərərsizləşdirə biliblər.
B.İlxaszadənin sözlərinə görə, bombanın tapılıb zərərsizləşdirilməsində borunun mühafizəçiləri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) könüllüləri (Bəsic) də təhlükəsizlik qüvvələrinə yardım ediblər.
Onun sözlərinə görə, hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışı istiqamətində iş gedir.